Erməni deputat: “Müharibə olarsa, Makron ermənicə dəstək verəcək və bundan artığını etməyəcək”

Erməni deputat: “Müharibə olarsa, Makron ermənicə dəstək verəcək və bundan artığını etməyəcək”

"Fransa prezidenti Makron ermənilərin yanındadır və Azərbaycanın fəaliyyətini pisləyir, İstanbulda baş verən terror aktı ilə bağlı türklərə türkcə başsağlığı verir. Burada müasir texnologiyanın tətbiqi var”.
Miq.Az "Ordu.az"-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Areqnaz Manukyan "Facebook” səhifəsində yazıb.

"Əmin olun ki, sabah Ermənistana və ya Qarabağa genişmiqyaslı hücum olarsa, Makron artıq Ermənistanı ermənicə dəstəkləyəcək (buna qədər Aİ-nin müşahidə missiyasının nümayəndələri öz ölkələrinin səfirlikləri tərəfindən xəbərdarlıq edilərək hadisə yerindən uzaqlaşacaqlar). Makron və Qərb bundan artığını etməyəcək, çünki onlar qarşılarına belə vəzifə qoymayıblar, belə bir istəkləri yoxdur və edə bilməzlər. Qərb ermənilərin təhlükəsizliyini "Twitter” qeydləri ilə təmin edəcək... Artıq yox”, - deyə o bildirib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az