Erməni diversantlar Azərbaycanda hansı şəraitdə saxlanılır? - AÇIQLAMA

Erməni diversantlar Azərbaycanda hansı şəraitdə saxlanılır? - AÇIQLAMA

Vətən müharibəsindən sonra Azərbaycana qarşı təxribatlar törətmiş erməni cinayətkarlar layiqli cəzalarını aldılar. Onlar cinayət əməllərinə görə, Azərbaycan qanunları ilə mühakimə olunaraq, müvafiq həbs cəzalarına məhkum edildilər.
 
Erməni diversantların saxlanma şəraiti barədə Modern.az-a danışan Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Rauf Zeyni onların heç bir təzyiqə məruz qalmadığını söyləyib.
 
"Erməni məhbuslar Penitensiar Xidmətin müəssisələrində normal şəraitdə saxlanılır. Azərbaycanlı əsirlərə, girovlara və itkin düşmüş soydaşlarımıza ermənilərin necə işgəncələr verdiyini demək olar ki, bütün dünya bilir. Müharibə dövründə, ondan əvvəl də saxlanılan erməni cinayətkarlar heç bir zorakılığa, təzyiqə məcbur qalmayıblar. Onlar birbaşa  Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin (BQXK) nəzarətindədirlər. Erməni məhbuslar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin qaydalarına uyğun şəraitdə saxlanılır. Onlar hər dəfə ailələrinə məktub yollayarkən saxlanılma şəraitindən və onlara verilən qidalardan tam razı olduqlarını qeyd edirlər. Məhkəmənin qərarından sonra digər məhkumlar kimi onlara da eyni şərait yaradılır”,  deyə Komitə üzvü qeyd edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az