Erməni nazir İran səfiri ilə görüşdü – İrəvanda Zəngəzur müzakirəsi

Erməni nazir İran səfiri ilə görüşdü – İrəvanda Zəngəzur müzakirəsi

Ermənistanın Xarici işlər naziri Ara Ayvazyan İranın İrəvandakı səfiri Abbas Bədəxşan Zaxuri ilə görüşüb.

Miq.Az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Müzakirələrin əsas mövzuları "bölgədə sülh və təhlükəsizlik” məsələlərinin olduğu bildirilib.

Tərəflər Ermənistan-Azərbaycan sərhədlərindəki (Zəngəzur) son gəlişmələrdən danışıblar.

Ermənistan-İran gündəmindəki bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Hər iki ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri zamanı əldə olunan razılaşmaların həyata keçirilməsinə xüsusi diqqət yetirilib.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az