Erməni ordusu cəbhədə təxribata cəhd etdi: İtki var
Qarabağda erməni əsgəri öldürülüb
Dağlıq Qarabağda düşmənin növbəti təxribatının qarşısı alınarkən 1 erməni əsgəri öldürülüb.
Ermənistan mediasının verdiyi məlumata görə, ölən şəxs 1993-cü il təvəllüdlü Qor Ovannisyandır.
Hadisə martın 31-də, saat 14:45-də Qarabağ cəbhəsinin şərqində baş verib.
Bir daha xatırladaq ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında yerləşən işğalçı qüvvələrin hərbi hissələrindən birində bu gün, martın 31-də erməni hərbçisi, 1993-cü il təvəllüdlü Qor Gevorkoviç Ovannisyan ölümcül güllə yarası alaraq məhv olub.
Bu məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
Öldürülmüş erməni əsgəri
Miq.Az