Erməni parlamenti generallarla müzakirə keçirir

Erməni parlamenti generallarla müzakirə keçirir
Bu gün Ermənistan parlamentində keçiriləcək qapalı müzakirədə Ermənistanın Baş Qərargah rəisi və Müdafiə Nazirliyinin nümayəndələri iştirak edəcək.

Axar.az xəbər verir ki, bu barədə "Joqovurd” qəzeti məlumat yayıb.

Məlumata görə, əsas mövzu şərti sərhəddəki vəziyyət olacaq:

"Deputatlar Zəngəzur (Sünik) və Göyçə (Geqarkunik) rayonlarında gərginliyin artması ilə bağlı icra hakimiyyəti nümayəndələrinin izahatlarını dinləyəcəklər. Toplantı günün ikinci yarısında keçiriləcək. Müzakirələrdə Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan və Müdafiə Nazirliyinin nümayəndələri iştirak edəcək”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az