Erməni separatçıları birləşərək Paşinyanın baş ağrısına çevrilirlər
Samvel Babayan hakimiyyətdə maraqlıdır, bunun üçün də Paşinyandan istifadə etməyə çalışır, amma bacarmır. Çünki Paşinyan təhlükənin fərqindədir.
Yenipress.az xəbər verir ki, bunu erməni politoloq Arqişti Kiviryan deyib.
"Babayan isə ümidini itirmir. O, Ruben Vardanyanla əməkdaşlığa hazır olduğunu bəyan edib. Amma bu vəziyyət uzun sürə bilməz, çünki ona hər cür müdaxilə olunacaq. Təbii ki, belə bir ittifaqdan hər ikisi faydalanacaq. Bu, sərhədsiz siyasi ambisiyaların və ciddi maliyyə resurslarının birliyi olacaq”, - o bildirib.
Separatçıların başçısı Arutyunyana gəlincə, ekspert bildirib ki, yalnız öz kreslosu ilə maraqlanır, "respublikanın” taleyi yox:
"Vardanyan məsələsində İrəvanın, Bakının və Qarabağın erməni elitasının maraqları üst-üstə düşürdü. Ruben Qarabağın (Xankəndidəki separatçı rejim - red.) "müstəqil” qurum kimi çıxış etməli olduğunu bildirib ki, bu, Bakı və İrəvanda narahatlıq yaradıb. Moskva isə bu vəziyyətdə hamını Ukrayna məsələsi bitənə qədər vaxt keçirməyə çağırıb. Rusiyanın resursları məhduddur və o, ABŞ-dan fərqli olaraq eyni vaxtda bir neçə istiqamətdə hərəkət edə bilməz”.