Erməni siyasi məhbus və arvadı aclıq aksiyası keçirir

Erməni siyasi məhbus və arvadı aclıq aksiyası keçirir
19 iyul Sari Tağda baş verən hadisələr zamanı həbs edilən erməni siyasi məhbus Hraçya Boyacyan artıq 10 gündür ki, aclıq aksiyası keçirir.

Bu barədə news.am-a müsahibəsində onun yaxınları deyib.

Siyasi məhbusun həyat yoldaşı Narine Qazaryan da onun azad edilməsi üçün aclıq aksiyasına başladığını bildirib.

Xatırladaq ki, Ermənistanda "Sasna Tsrer” hadisələrinə görə tutulan və eyniylə Boyacyan kimi uzunmüddətli aclıq aksiyasi keçirən siyasi məhbus Artur Sarkisyan bir müddət əvvəl ölüb. Onun ölümü Ermənistanda etirazlara səbəb olmuşdu.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az