Ermənilər Əsgəran və Xankəndini tərk edir - KÜTLƏVİ qaçış
Əsgəran rayonunda yaşayan ermənilərlə polis qüvvələri arasında toqquşma baş verib, mülki şəxslər arasında xeyli sayda yaralıların olduğu bildirilir.
Miq.az Lent.az-ın məlumatına istinadən bildirir ki, bu barədə məlumatı işğal olunmuş Azərbaycan ərazisində yaşayan ermənilər sosial şəbəkələrdə yazıb. Məlumatlarda bildirilir ki, Əsgəranda yaşayan ermənilər rayondan çıxıb, meşə yollarla Xankəndinə getmək istəyiblər. Hüquq-mühafizə orqanları isə əhalini rayondan çıxmağa qoymayıb. Nəticədə polislərlə sakinlər arasında şiddətli toqquşma baş verib.
O da bildirilir ki, hazırda Xankəndinin giriş-çıxışında da postlar qurulub və camaata rayonu tərk eləməyə icazə verilmir.
Miq.az