Ermənilər kəndləri boşaldırlar
Ermənistan KİV-ləri həqiqəti gizlədə bilmir
Mühacirət Ermənistan üçün milli təhlükəsizliyə hədə olaraq qalır,
İstiPress-in məlumatına görə, bu barədə Ermənistanın "1in.am” saytında dərc olunmuş "Kədərli mühacirət fonunda gülməli seçkilər” məqaləsində bildirilir.
Məqalədə Ermənistan statistika xidmətinin demoqrafik göstəriciləri yer alıb: 2014-cü ildə 47 min 74 nəfər Ermənistanı tərk edib. Amma 2015-ci ildə bu rəqəm 47 min 676-ya, 2016-cı ildə isə 54 min 31-ə qalxıb.
Lakin portal Ermənistanda real miqrasiyanın daha yüksək olduğunu vurğulayır:
"Əgər insan yazda gedib, qışda qayıdırsa, bunu biz mühacirət saymırıq. Ancaq əgər insan ilin 8-9 ayını ölkədə, ailəsinin, uşaqlarının yanında keçirmirsə, bu, insanın birdəfəlik ölkəsini tərk etməkdən heç nə ilə fərqlənmir”.
Erməni mətbuatının yazdığına görə, bu cür qeyri-rəsmi mühacir təxminən 600 minə yaxındır. 1 milyona yaxın erməni isə ölkə qeydiyyatından tam çıxmasa da on illərlə Ermənistana gəlmir. Bunların arasında əsasən kənd əhalisi üstünlük təşkil edir.
KİV-lərin yazdığına görə, son 20 ildə Ermənistanda 100-ə yaxın kənd birdəfəlik ləğv edilib, 300-ə yaxın kənd isə tamamilə boşdur. Boşalan kəndlər Ermənistanın Gürcüstan sərhəddinə yaxın zonada daha çoxdur.
Portal 2017-ci ildə ölkəni tərk edənlərin daha çox olacağını vurğulayır: "Ermənistan hakimiyyəti seçkiqabağı dövrdə öz iqtisadi uğurlarından, iqtisadi artımdan dəm vururdu. Faktiki olaraq, cari ilin ilk dörd ayında əvvəlkindən daha çox adam qazanc dalınca
Miq.az