Ermənilər nazirimizin helikopterini vura bilərmi? - Cavab

Ermənilər nazirimizin helikopterini vura bilərmi? - Cavab

"Azərbaycanın hava məkanı, o cümlədən Müdafiə Nazirliyinin rəhbərliyi etibarlı şəkildə fasiləsiz qorunur və bu məsələlərin daim nəzarətdə saxlanılması təmin edilir”.

Miq.Az xəbər verir ki,  bunu Azərbaycan müdafiə nazirinin helikopterinin Ermənistan hava hücumundan müdafiə bölmələri tərəfindən vurula biləcəyi barədə kütləvi informasiya vasitələrində yayılan xəbərə cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

"Ermənistanın terrorizmə meylliliyi və onu hər zaman dövlət səviyyəsində dəstəkləməsi təkcə Azərbaycana deyil, bütün dünyaya məlumdur. Qoşunlarımızın silahlanmasında hava məkanımıza və aviasiya vasitələrinə təhdid təşkil edən istənilən obyekti əvvəlcədən aşkar etmək, izləmək və məhv etmək üçün yüksək dəqiqliyə malik silah və texnika mövcuddur”, - deyə nazirlikdən qeyd ediblər.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az