Ermənistan əhalisinin 76 faizinin Qarabağ "problemi"ni artıq yük saydığı bəlli oldu...
"Onlar 44 günlük savaşdakı məğlubiyyət və itkilər hesabına olsa belə, bu yükdən qurtula biləcəklərinə sevinirlər...”
"Belə çıxır ki, Ermənistan əhalisinin 76 % -i "Artsax” problemini artıq yük hesab edir və belə bir qiymətə(yəni 44 günlük savaşdakı məğlubiyyət və itkilər hesabına-S.L.) olsa da, bu yükdən qurtula biləcəklərinə sevinirlər”.
Moderator.az xəbər verir ki, bunu qəsbkar ölkənin "Past" qəzeti yazır.
Nəşrin yazdığına görə, mövzu ilə bağlı sorğunun nəticələrini İrəvanda "PMI Philip Morris Beynəlxalq” tədqiqat mərkəzindəki bir müzakirə zamanı sosial sərmayəçi iş adamı, "Avrora" humanitar fondunun həmtəsisçisi və "Ermənistan-2041" fondunun təşəbbüskarı olan Ruben Vardanyan təqdim edib. Sorğunu keçirmiş fondların nümayəndəsi Ermənistanda bu yanaşmaya sadiq olan çox insanın olduğunu təəssüflə qeyd edib.
R.Vardanyan həmçinin təhsil sistemində kök salmış məsələlər də daxil olmaqla işğalçı ölkənin digər problemlərinə də toxunub. O, xüsusilə qeyd edib ki, oğlu Ermənistan ordusunda xidmət edərkən 100 hərbçidən 8-i nə oxuya, nə də yaza bilirmiş...
Sultan Laçın