Ermənistan ərazi bütövlüyümüzü RƏSMƏN tanımağa məcbur qaldı

Ermənistan ərazi bütövlüyümüzü RƏSMƏN tanımağa məcbur qaldı

25 ildən sonra Ermənistan Azərbaycanın ərazi bütövlüyünü RƏSMƏN tanımağa məcbur qaldı - BRÜSSELDƏ ŞOK ANLAR

"Axır ki, Moskvadan izn alıb Avropa Birliyiylə "hərtərəfli və geniş əməkdaşlıq anlaşması” bağlayan Ermənistana Brüsseldə nə dedilər bilirsinizmi? Dedilər ki, Dağlıq Qarabağ Azərbaycanındır, bu ölkənin suverenliyini və torpaq bütünlüyünü tanımaqdan başqa yolumuz yoxdur, sənə isə "kiçik bacı”mız olaraq 3-5 avro dilənpayı verə bilərik, o da özünü yaxşı aparsan”.

A24.az bildirir ki, bunu Ermənistanla Aİ arasında bağlanan sazişi şərh edən millət vəkili Sahib Alıyev bildirib.

O daha sonra qeyd edib ki, erməni lobbisinin Avropa Parlamentində satın aldıqlarına və islamafoblara dayanaraq sammitöncəsi çıxartdığı qətnamənin bir qara qəpik belə effekti olmadı:

"Xatırladaq ki, həmən qətnamədə Dağlıq Qarabağ məsələsinin digər etnik problemlərdən ayrılması və onun Minsk qrupu həmsədrlərinin irəli sürdüyü prinsiplər üzrə həll edilməli olduğunun vurğulanması məsləhət görülürdü. Ancaq sammitə qatılan dövlətlər adından yayılan birgə bəyannamdə bildirilir ki, "Avropa Birliyi bütün tərəfdaşlarının torpaq bütünlüyü, müstəqillik və suverenliklərini tanımaqda davam edir”. Yəni Ukrayna, Gürcüstan və Moldovanın torpaq bütünlüyünə yanaşma necədirsə, bu, ürəklərindən olsa da, olmasa da Azərbaycanınkına da o cürdür”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az