"Ermənistan ordusu 46 nəfər İTKİ VERİB" -Polkovnik-leytenent
"Bu ilin əvvəlindən Ermənistan ordusunda ümumi itkilərin sayı 46 nəfər olub. Bunlardan 29 nəfəri həqiqi hərbi xidmətə çağırılanlar, 17-si isə müqavilə əsasında hərbi xidmət keçənlərdir."
Helsinki vətəndaş assambleyası Vanadzor ofisinin yaydığı son rəsmi məlumata oktyabr və noyabr aylarındakı itkiləri də əlavə etsək, bu rəqəm 60 nəfərədək artacaq.
"Qarabağ probleminin həll olunmaması səbəbindən, qorxuram ki, bu rəqəm son göstərici olmayacaq!
Miq.Az bildirir ki, tanınmış hərbi jurnalist, polkovnik-leytenent İbrahim Rüstəmli özünün feysbuk səhifəsində paylaşaraq bildirib ki, bu sözləri Ermənistanın birinci informasiya kanalına son müsahibəsində "Əsgər" koordinasiya şurasının sədri Marqarita Xaçatryan deyib:
"Biz hətta mina partlayışından həlak olanların ölüm səbəbini də düşməndən qorxub-çəkinmə faktı ilə əlaqələndiririk. Çox güman ki, erməni əsgərləri Azərvaycan əsgərlərinin mümkün həmlələrindən vahiməyə düşərək öz həyatlarını itiriblər!"
Miq.Az