Ermənistan ordusunun iki əsgəri öldürüldü

Ermənistan ordusunun iki əsgəri öldürüldü
Ermənistan ordusunun hərbçisi öz əsgər yoldaşlarını qətlə yetirdiyi üçün həbs edilib.
 
Report xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
 
Məlumata görə, hadisə aprelin 6-da Ermənistanın hərbi hissələrindən birində baş verib. Qriqori Avetisyan və Suren Aramyan adlı hərbçilərin meyitləri artilleriya mövqeyində aşkar edilib.
 
İstintaqın ilkin məlumatına əsasən, hərbçi onu təhqir edən Q.Avetisyan və S.Aramyanı güllələyərək, öldürüb.
 
İstintaq Komitəsi həmin hərbçinin adını açıqlamayıb. Bununla belə, ona qarşı cinayət işinin açıldığı barədə məlumat yayılıb.  
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az