Ermənistan qazandı: Bəşər tarixində belə razılıq olmayıb! – Erməni filosof

Ermənistan qazandı: Bəşər tarixində belə razılıq olmayıb! – Erməni filosof

"Bəşər tarixində sülh müqaviləsi şərtlərinin müharibədə məğlub olan tərəfin maraqlarına tam uyğun gəlməsi kimi bir hal olmayıb”.

Globalinfo.az xəbər verir ki, bunu erməni filosof Mark Nışanyan deyib.

O, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın "Sülh sazişinin Ermənistanın maraqlarına tam cavab verəcəyinə şübhəm yoxdur” fikrinə münasibət bildirib:

"Müharibədən sonrakı razılaşmalar birmənalı olaraq qalib tərəfin maraqlarına cavab verir. Yəni səsləndirilən fikir həqiqətə uyğun gəlmir. Ona görə də A.Qriqoryanın açıqlamasının iki mümkün izahı var:

Birincisi odur ki, Ermənistan əslində sülh müqaviləsi imzalamaq niyyətində deyil, çünki şərtlərin İrəvanın maraqlarına uyğun gəlməsi mümkün görünmür.

İkincisi budur ki, Ermənistan hakimiyyəti Azərbaycanla münasibətlərdə özünü qalib hesab edir: Qarabağ təhvil verildi, məsələ bağlandı, artıq münasibətlərdə sülh danışıqları gündəmdədir. Yəni İrəvan Qarabağdan əl çəkməklə Bakı ilə əlaqələri əldə etmiş oldu. Hakimiyyət özünü "qazanclı” hesab edir”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az