Ermənistan təqaüddəki zabitləri geri çağırır

Ermənistan təqaüddəki zabitləri geri çağırır

Qoşunlara təcrübəli və ixtisaslı hərbi kadrlar cəlb etmək lazımdır. Dövlət bununla yanaşı, onlara xidmət illərinə görə pensiya verməkdə davam edəcək.

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin növbədənkənar iclasında "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” və bununla bağlı qanunlara dəyişikliklərin müzakirəsi zamanı hakim Mülki Müqavilə Partiyasından olan deputat Armen Xaçatryan deyib.

Xaçatryan ehtiyatda olan zabitlərin sayını açıqlamayıb, amma layihənin həyata keçirilməsinin silahlı qüvvələrdə şəxsi heyətlə bağlı vəziyyəti xeyli yaxşılaşdıracağına əminliyini ifadə edib.

Onun sözlərinə görə, əsas kadr çatışmazlığı tağım, bölük və tabor komandirləri səviyyəsində müşahidə olunur.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az