Ermənistan və Azərbaycanı barışdıran gizli əl: "Görüş Tiflisdə ola bilər"

Ermənistan və Azərbaycanı barışdıran gizli əl:

"Zəngəzur dəhlizinin açılmasından təkcə Azərbaycan və Türkiyə deyil, hamı, o cümlədən Rusiya və Ermənistan da qazanacaq”.

Miq.Az xəbər verir ki, bunu ReAl partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

Partiya yetkilisi bölgəmizdə baş verən son geosiyasi gəlişmələrə diqqət çəkib: "Bu gün Ermənistan parlamentində növbədənkənar iclas keçirilir, gündəlikdə cəmi iki məsələ var: Ermənistanın yeni inzibati-ərazi bölgüsü və yerli özünüidarərtmənin, yerli icmaların gücləndirilməsi.

Paşinyana müxalif olan qüvvələr iclası boykot edirlər və deyirlər ki, Paşinyan Türkiyə və Azərbaycanla gizli danışıqlar aparır, bu dəyişikliklər gələcəkdə imzalanacaq sülh sazişinə, həm də Zəngəzur məsələsinə görədir. Hətta bu qanun dəyişikliklərini xəyanət də adlandırıblar.

Son zamanlar bəzi məlumatların dolaşması onu deməyə əsas verir ki, Kremlin moderatorluğundan kənarda nələrsə baş verir, rəsmi Tiflisin vasitəçiliyi ilə danışıqların olduğu ehtimal olunur. Əgər birbaşa təmaslar varsa və ya yaranacaqsa, bunu ancaq alqışlamaq lazımdır. İlham Əliyevlə Paşinyanın Tiflisdə birbaşa görüşü, təması olsa, bu bölgəmizdə sülhə və dayanıqlı inkişafa ciddi tövhə verə bilər. Əgər paralel olaraq Ərdoğanla Paşinyanın görüşü baş tutsa, Türkiyə-Ermənistan sərhədlərinin açılması, münasibətlərin yaranması baş versə, bu həm bölgəmiz, həm də Azərbaycan üçün çox vacib addım olacaq”.

Natiq Cəfərli qeyd edib ki, Türkiyə və Ermənistan arasında sərhədlərin açılması, iqtisadi münasibətlərin qurulması üçün artıq heç bir maneə qalmayıb: "Təkcə Zəngəzur dəhlizi ilə bağlı ümumi məxrəcə gəlmək lazımdır, bu yol isə mütləq açılacaq. Çünki dəhlizin açılmasından təkcə Azərbaycan və Türkiyə deyil də, hamı, o cümlədən Rusiya və Ermənistan da qazanacaq.

Türkiyənin Ermənistanda iqtisadi mövcudiyyəti və iqtisadi təsirlərinin artması Azərbaycan üçün ancaq müsbət nəticələr verə bilər”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az