Ermənistan xətadan dönsə...

Ermənistan xətadan dönsə...

Çavuşoğlu Bakıda Sürix protokolunun qüvvəyə minmə şərtini açıqladı

“Xocalıda qətlə yetirilən qardaş və bacılarımıza rəhmət diləyir, ağrı-acılarınızı anlayırıq. Xocalı qətliamını törədənləri lənətləyirik”.

Vətəninfo.az-ın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Türkiyəli nazir sabah prezident İlham Əliyevlə birlikdə Xocalı abidəsini ziyarət edəcəyini deyib.

Nazir Ermənilərin sərhədlərin açılması ilə bağlı protokolları parlamentdən geri çəkməsinin Türkiyə üçün bir mənası olmadığını deyib. O bildirib ki, ermənilər protokolların içərisini boşaldıb və sənəddən bir çox məsələni çıxarıblar.

“Onlar səmimiyyət imtahanından keçə bilmədilər. Bizim vacib bir şərtimizi var idi ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa edilməlidir. Onlar bizim vacib şərtimizə əməl etmədilər”.

M.Çavuşoğlu həmçinin Çanakkalada zəfər bayramı ilə bağlı da danışıb. O bildirib ki, dəvət edilən bütün ölkə başçıları və baş nazirlər tədbirdə iştirak edəcək: “Bu Çanakkala zəfəri ilə əlaqəli olan bütün ölkələri də dəvət etdik. Bu ölkələr arasında Ermənistan da var”.

Nazir həmçinin Ermənistanın regiondakı hazırki vəziyyətinə də toxunub: “Biz istəyirik ki, Ermənistanda Qafqazda həyata keçirilən böyük layihələrə qatılsın və regional məslələrdə müzakirələrdə iştirak etsin. Ancaq bunun üçün Ermənistan səmimi olmalıdır və Azərbaycanın işğal edilmiş torpaqlarını tərk etməlidir. Ermənistan xətalarından dönərsə, Azərbaycanın işğal etdiyi torpaqlardan çıxarsa, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşarsa, Cənubi Qafqaz bütünlükdə sülh və təhlükəsizlik məkanına çevrilər".



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az