"Ermənistana silah satılması Cənubi Qafqazda gərginliyin artmasına əlavə addımdır"-Əli Əhmədov


Təcavüzkar dövlət olan Ermənistanın bir çox beynəlxalq qurumlar tərəfindən də Azərbaycanın torpaqlarını işğal etməsini təsdiq edildiyi halda, o dövlətə silah-sursatın satılması Cənubi Qafqazda sabitliyin pozulmasına, gərginliyin artmasına əlavə addımlar deməkdir.

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov Rusiyanın Ermənistana ağır hərbi texnika və silah satmasına münasibət bildirərkən deyib.

Ə.Əhmədov bildirib ki, Ermənistana silah satılması ikili standart, bölgədə sabitliyin pozulmasına cəhddir.

Baş nazirin müavini vurğulayıb ki, bəzi hallarda bu silah-sursat Ermənistana Rusiya tərəfindən çox ucuz qiymətə satılır: "Əlbəttə, onların bu barədə həmişə bəhanələri olur. Ermənistan bunlara Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasını bəhanə gətirir. Bəhanəni də həmişə tapmaq olar. Biz bunu pisləyirik. Biz bunu ikili standartların əsas forması sayırıq. Əgər belə bir hal davam edəcəksə, o zaman Cənubi Qafqazda sabitliyin yenidən bərpası üçün daha böyük səylər göstərilməsinə ehtiyac yaranacaq".

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az