"Ermənistanda baş terrorçu Serj Sarkisyan özüdür" - Üsyana çağırış

"Üsyanın ikinci mərhələsinə başlamağın vaxtı çatıb”, - bunu mətbuat konfransında Ermənistanın müxalifətçi "İrs” partiyasının fraksiya rəhbəri Zarui Postancyan deyib.

Virtualaz.org "arminfo.info”ya istinadən xəbər verir ki, o üsyanın qan tökülmədən baş tutmasının vacibliyini qeyd edib.

"Biz heç kimin qanının axıdılmasını istəmirik, hətta Serj Sarkisyanın da”, - Postancyan deyib.

Z.Postancyan bildirib ki, Ermənistanda baş terrorçu Serj Sarkisyan özüdür və 20 min nəfərlik terrorçular bandasına – polisə rəhbərlik edir.

"Biz onlardan qurtulmalıyıq, bunun üçünsə elə etməliyik ki, bütün polislər müqavilə üzrə ön cəbhəyə xidmətə yollansınlar”, - Postancyan qeyd edib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az