Ermənistanda çaxnaşma - Prezidentinin iqamətgahına yürüş

Ermənistanda çaxnaşma - Prezidentinin iqamətgahına yürüş
"Ölkəmizin sahibi bizik" təşəbbüsü aprelin 22-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yuri Xaçaturovun insan itkilərinə səbəb olmuş vəziyyətdə fəaliyyətsizliyə və nəzarətin olmaması ilə əlaqədar vəzifələrindən azad edilməsi tələbi ilə Ermənistan prezidentinin iqamətgahına yürüş təşkil edəcəklər.

Miq.az  bildirir ki, bu barədə Trend Ermənistan mətbuatına istinadən məlumat verir.

Nümayişçilər siyahıda göstərilmiş erməni oliqarxlarından dövlət büdcəsinə ən azı 5 milyon dollar ayırmağı tələb etmək niyyətindədirlər.

Onların sırasında prezidentin qardaşı Saşik Sarkisyan, baş nazir Ovik Abramyan və hakimiyyətin digər nümayəndələri var.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az