Ermənistanda daha bir atışma: yaralı var

Ermənistanda daha bir atışma: yaralı var
Martın 24-də Ermənistanda daha bir insident baş verib.

Axar.az xəbər verir ki, saat 16:00 radələrində Araratda, Açaryan küçəsində yerləşən evlərdən birində atışma baş verməsi və qurbanın olması barədə əməliyyat məlumatı daxil olub.

Patrul xidməti əməkdaşları və polis əməkdaşları ərazidən 7 ədəd patron aşkar ediblər. Daha sonra rayon sakini, 30 yaşlı Tiqran B.-nin yaralandığını və tibb məntəqəsinə aparıldığı müəyyən edilib.

Şübhəlinin axtarışları davam edir.

Qeyd edək ki, ötən gün axşam saatlarında İrəvanda Nor-Nork rayonunun polis şöbəsinin binasına 3 nəfər silahlı şəxs basqın edib. Partlatdıqları qumbara ikisinin yaralanmasına səbəb olub, digərini isə polis yaxalayıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az