Ermənistanda hərbi çevrilişə çağıran Köçəryana ilk prezident Petrosyandan cavab

Ermənistanda hərbi çevrilişə çağıran Köçəryana ilk prezident Petrosyandan cavab

"Nəhayət uzun fasilədən sonra Ermənistanın ilk prezidenti və baş nazirin keçmiş lideri Levon Ter-Petrosyan da danışdı. O baş nazir Nikol Paşinyanı müharibədə ağır məğlubiyyətə görə tənqid edərək generalları anladığını bildirsə də, hərbi çevrilişə qarşı çıxdığını da vurğuladı."

Bu barədə açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Şahinoğlu, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın açıqlamasında digər eks-prezident Robert Köçəryana cavab verdiyini bildirib.

"Ermənistanın digər eks-prezidenti Robert Köçəryan son müsahibəsində hərbi çevrilişin tərəfdarı olduğunu və buna misal olaraq Cənubi Koreyanı göstərmişdi. Köçəryan demişdi ki, Cənubi Koreyada 1960-cı illərdəki hərbi çevrilişdən sonra bu ölkənin iqtisadiyyatı inkişaf etdi. Levon Ter-Petrosyan Köçəryanın adını çəkmədən onun cavabını belə verib: "Cənubi Koreyanı misal çəkənlər unutmasınlar ki, Əfqanıstan, Sudan, İrak, Suriya və Liviya nə günə düşüblər. Hərbi yolla dəyişikliyin sonu yaxşı olmur. Çalışmalıyıq ki, Ermənistan bu ölkələrin acı təcrübəsini yaşamasın”.

Beləliklə, Levon Ter-Petrosyan açıq-aşkar keçmiş tərəfdarı baş nazir Nikol Paşinyanı müdafə etməsə də, generallar vasitəsilə hərbi çevriliş həyata keçirmək istəyən müxalifət qüvvələrini də dəstəkləmir. Bu mümkün deyil, çünki onun özünü də hakimiyyətdən Köçəryan-Sərkisyan xuntası "posmodern” çevriliş yolu ilə devirmişdi. Levon Ter-Petrosyan bunu unuda bilməz. Ancaq Levon Ter-Petrosyan indiki vəziyyətdən konkret çıxış yolu da göstərə bilməyib. Ona görə də onun özünün dediyi kimi Ermənistanın dağılan ölkələrin acı təcrübəsini yaşaması ehtimalı azalmayıb", deyə politoloq qeyd edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az