Ermənistanda müharibə qoxusu: pulları və uşaqları ölkədən çıxarırlar
Erməni KİV-ləri: böyük güclər Ermənistanı dəstəkləməyi dayandıra bilərlər
Oktyabr ayında Ermənistandan kənara çıxarılan fərdi vəsaitlər kəskin artıb və 115 milyon 706 min dollara bərabər olub.
İstiPress-in məlumatına görə, bu barədə İrəvanda dərc olunan "Joxovurd" qəzeti bildirib və göstərib ki, bu son bir neçə il üzrə ən yüksək aylıq göstəricidir.
Qəzet baş verənləri çaxnaşma kimi dəyərldəndirib və göstərib ki, bu ilin əvvəlində ölkədən çıxarılan vəsaitlərin göstəricisinin də kəskin artmasına təsir göstərib. Əgər 2016-cı ilin yanvar-oktyabr aylarında Ermənistandan 641 milyon dollar çıxarılıbsa, 2017-ci ilin müvafiq aylarında 814 milyon dollar olub. İlin sonuna kimi bunun 1 milyard dolları keçəcəyini ehtimal etmək müknüdür.
Digər erməni KİV-lərini araşdırdıqda insanları müharibə qorxusu altında pullarını ölkədən çıxardığını anlamaq olur. Avropa Birliyi ilə Şərq tərəfdaşlığı anlaşması bağlandıqdan sonra ermənilərdə müharibə qorxusu güclənməyə başlayıb.
Bu əhval ruhiyyəni İrəvanda dərc olunan "1in.am” portalında məqalə yerləşdirmiş şərhçi Aram Amatuni dəqiq ifadə edib. Onun fikrincə, Ermənistana Azərbaycan torpaqlarını işğal altında saxlamağa imkan yaradan beynəlxalq şəraitin sonu çata bilər. Yəni maraq və strategiyaları tamamilə fərqli olan amma erməni amilinə görə, bu məsələdə həmfikir olan güc mərkəzlərinin (ABŞ, Fransa və Rusiya) arasında fikir ayrılığı yarana bilər. Amatuni düşünür ki, bu, Ermənistanı ciddi problem, yəni müharibə qarşısında qoya bilər.
Müharibə qorxusu Ermənistan sakinlərini uşaqları da ölkədən kənara çıxarmağa məcbur edir. Bunu statistika da göstərir. Erməni Milli Konqresi partiyasının parlament fraksiyasının rəhbəri Aram Manukyanın 2015-ci ildə təqdim etdiyi qeyri-rəsmi statistikaya görə, son 15 ildə Ermənistanda orta məktəb şagirdlərinin sayı 230 min azalaraq 370 minə düşüb. Səbəb əmək miqrantalarının müharibə qorxusu qarşısında oğlan uşaqlarını Rusiyaya aparması ilə bağlıdır.
Rəsmi statistkaya görə, Ermənistandan xaricdə 607 min əmək miqrantı işləyir. Amma qeyri-rəsmi statistikaya görə, Ermənistan vətəndaşı ola-ola xaricdə yaşayanların sayı 900 minə bərabərdir. Yəni 300 minə yaxın uşaq, böyük ehtimalla oğlanlar əsgər getməmək üçün atalarının yanında məktəbə gedirlər. Onların Rusiyaya yola salınması imkandan asılı olaraq müxtəlif siniflərdə baş verir. Amma natamam orta təhsil başa çatan kimi sürətlə artır.
Bunu statistika da göstərir, əgər Ermənistanda 9-ci sinfi bitirənlərin sayı 30 minə çatırsa, tam orta təhsili - 12-ci sinfi bitirənlər isə 20 minə düşür, 15 il qabaq isə bu göstərici 45 minə çatırdı. Sarkisyanın orduya əsgər çatışmaması üzündən "ordu-millət” strategiyasına keçməsi, yəni orduda xidmət üçün dünyanın hər yerindən diasporun pulları ilə muzdlu erməni əsgərlər cəlb etməyə çalışması da, ali təhsil alanlar üçün hərbi xidmətə möhlət hüququnun ləğv edilməsi də bununla bağlıdır. Ermənistan indi Dağlıq Qarabağa yerləşdirdiyi 20 minlik ordunu belə çağrışçılar vasitəsi ilə təmin edə bilmir. Sənədlərdə isə guya 60 minlik ordusu var.
Miq.az