Ermənistanda qadın zorakılığına qarşı aksiya keçirildi

Ermənistanda qadın zorakılığına qarşı aksiya keçirildi

Ermənistanda son 5 ildə baş verən məişət zorakılığı nəticəsində 30 qadın ölüb, 45 uşaq anasız qalıb.

Vətəninfo.az-ın məlumatına görə, "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, "Qadınlar üzərində zorakılığa qarşı koalisiyası" İctimai Təşkilatı 2010-cu ildən hər il oktyabrın 1-ni məişət zorakılığına qarşı gün kimi qeyd edib. 5 il öncə həmin gün 20 yaşlı Zarui Petrosyan əri tərəfindən qəddarcasına döyülərək ölüb.

Xəbərdə bildirilib ki, koalisiya üzvləri İrəvanda Respublika meydanında, hökumət binası qarşısında aksiya keçiriblər. Onlar "Məişət zorakılığı haqda" qanunun qəbul olunmasını tələb ediblər.

Etiraz aksiyası keçirilən küçənin o biri hissəsində isə Ermənistanın müxtəlif şəhər və kəndlərində məişət zorakılığının qurbanı olmuş qadınların ayaqqabıları nümayiş etdirilib.

Məlumata görə, cari ilin ilk 6 ayında məişət zorakılığı nəticəsində 8 qadın ölüb. Bu əsasda baş verən hadisələrlə bağlı ictimai təşkilatlar bir ildə 2 min zəng qeydə alıb. 2015-ci ilin ilk 6 ayında polis bununla bağlı 447 zəng qeyd aldığını bildirsə də, koalisiya onların sayının 742 olduğunu bəyan edib.

Aksiyadakı plakatların mətni belə olub: "Zorakılığa laqeyd olmayın. Sizin susqunluğunuz ölümə bərabər ola bilər!".




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az