Ermənistanda tapılan hərbçimiz qətl törədib? – Abramyan açıqladı

Ermənistanda tapılan hərbçimiz qətl törədib? – Abramyan açıqladı
Ermənistan mediası  və sosial şəbəkə səhifələri Qafanda öldürülən erməni mühafizəçinin qətlində azərbaycanlı hərbçilərin əlinin ola biləcəyi haqda informasiya tirajlayırlar.

Globalinfo.az xəbər verir ki, bu barədə danışan Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan iddialara aydınlıq gətirib.

O deyib ki, istintaq zamanı cinayəti azərbaycanlıların törətməsi ilə bağlı heç bir izə rast gəlinməyib:

"Bizdə bununla bağlı hər hansı məlumat yoxdur. Jurnalist həmkarlarım qətldə azərbaycanlıların əlinin olub-olmaması ilə bağlı sual səsləndirirlər. Hazırda araşdırma davam edir, bütün istintaq tədbirləri lazımi qaydada yerinə yetirilir. Amma cinayəti azərbaycanlıların törətməsi ilə bağlı bizə məlumat daxil olmayıb. Əgər sakinlər cinayəti törədənlər haqqında hər hansı məlumata sahibdirlərsə, aidiyyəti quruma məlumat verə bilərlər”.

Qeyd edək ki, ötən gün gecə saatlarında Zəngəzur vilayətinin Qafan rayonunda mis-molibden mədənində çalışan 55-60 yaşlarında bir mühafizəçi güllənib. Kənd sakinləri bu cinayəti azərbaycanlı hərbçilərin törətməsi haqda əsassız və həqiqətə uyğun olmayan fikirlər səsləndiriblər.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az