Ermənistanın Laçın yolu ilə bağlı 7 qətnaməsi rədd edildi

Ermənistanın Laçın yolu ilə bağlı 7 qətnaməsi rədd edildi


Laçın-Xankəndi yolu ilə bağlı Ermənistanın 7 qətnaməsi rədd edilib.

Bu barədə Modern.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Avronest Parlament Assambleyasının Moldovanın paytaxtı Kişineu şəhərində keçirilən 10-cu sessiyası başa çatıb. Sessiyada Milli Məclisi parlamentin komitə sədri Tahir Mirkişilinin rəhbərliyi ilə 6 deputat təmsil edib.

Məlumata görə, 10-cu sessiyanın yekun sənədinə Ermənistan nümayəndə heyəti tərəfindən dəyişikliklər təklif olunmuşdu. Dəyişikliklər "Laçın dəhlizinin açılması”, "Dağlıq Qarabağın blokadadan çıxarılması”, "Azərbaycan Ordusunun Ermənistan ərazisindən çıxarılması”, "ATƏT Minsk qrupunun aktivləşdirilməsi” kimi çağırışları əhatə edirdi.

Azərbaycan nümayəndə heyəti üzvlərinin həm ikitərəfli görüşlərdə göstərdikləri səylər, həm də komitə və plenar iclaslardakı çıxışlarda gətirdikləri arqumentlər nəticəsində Ermənistan nümayəndə heyətinin bütün layihələri Assambleya nümayəndələri tərəfindən rədd edilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az