Ermənistanın vitse-spikerindən korrupsiya etirafı
Ermənistan parlamentinin vitse-spikeri, hakim Respublikaçı partiyasının mətbuat katibi Eduard Şarmazanov ölkədə korrupsiyanın artdığını etiraf edib.
AzVision.az "News.am”-a istinadən xəbər verir ki, Şarmazanov korrupsiyanın Ermənistan üçün böyük təhlükə olduğunu deyib.
O, hesab edir ki, Ermənistanın daxili siyasi gündəliyinin əsas hədəflərindən biri korrupsiya ilə mübarizədir.
"Korrupsiya xəstəlikdir və Ermənistan üçün böyük təhlükədir. Korrupsiya yalnız bizim kimi ölkələrdə deyil, həmçinin AŞPA kimi nüfuzlu təşkilatda da var”.
Miq.az