Eston kəşfiyyatçı müharibənin nə vaxt bitməsi və Kremlin Zelenski ilə bağlı planını AÇIQLADI...

Eston kəşfiyyatçı müharibənin nə vaxt bitməsi və Kremlin Zelenski ilə bağlı planını AÇIQLADI...

Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəsi hələ uzun müddət davam edəcək və münaqişənin mayın 9- da bitməsini gözləməyə dəyməz. 
 
Moderator.az xəbər verir ki, bu barədə Estoniya xarici kəşfiyyat Departamentinin rəhbəri Mikk Marran bəyan edib. 
 
Onun sözlərinə görə, Putinin ildırımsurətli müharibəsi baş tutmayıb, hazırda Rusiya qoşunlarının yenidən qruplaşdırılması keçirilir ki, Rusiya prezidenti üçün vacib olan 9 may tarixinə Kremlə hər hansı "hərbi qələbə" barədə raport verilsin.
 
Baş kəşfiyyatçı münaqişənin getdikcə gərginləşməsini və aprelin ikinci yarısında intensivləşməsini proqnozlaşdırır və qeyd edir ki, rəsmi Moskva ölkə əhalisinə "nasizim üzərində qələbə"ni nümayiş etdirmək istəyir.
 
Baxmayaraq ki, son günlər cəbhədə döyüş əməliyyatlarının intensivliyinin azalması müşahidə edilir, Estoniya Departamenti rəhbərinin qiymətləndirməsinə görə, aprelin ikinci yarısında döyüşlər xüsusilə Ukryananın şərqində daha da intensivləşəcək.
 
"Biz görürük ki, Kremlin nöqteyi- nəzərinə görə, bunun üçün Donetsk və Luqansk vilayətləri sərhəddində hakimiyyəti möhkəmləndirmək, Mariupolun işğalı və Krımla quru yolun yaradılması uyğun olardı. 
 
Biz nəzərə almalıyıq ki, 9 mayda yalnız təbliğat xarakteri daşıyan keçid mərhələsi ola bilər, bu isə o deməkdir ki, 9 mayda münaqişə dəqiq bitməyəcək. Müharibə hələ çox uzun müddət davam edəcək", - xarici kəşfiyyat Departamentinin rəhbəri davam edib.
 
Marran həmçinin Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında hər hansı irəliləyiş gözləmir, çünki Kiyev Rusiya Silahlı Qüvvələrinin ölkədən çıxarılmasını, təhlükəsizlik zəmanətlərini və 24 fevraldakı mövqelərə dönməyi tələb edir. Öz nöbəsində Kreml qəbuledilməz tələblər, o cümlədən ərazi iddiaları irəli sürür. Kəşfiyyat rəhbəri həmçinin Ukraynaya pis sülh müqaviləsinin imzalanmasından çəkinməyi tövsiyyə edir.
 
" Kreml güman edir ki, əgər indi Kiyevi zəbt edib Ukrayna hakimiyyətini devirmək mümkün olmayıbsa, o zaman məqsəd Vladimir Zelenskiyə elə sülh şərtləri sırımaq olmalıdır ki, onları siyasi cəhətdən həzm edə bilməsin. Məhz buna görə də müharibəni davam etdirmək lazımdır. Burada ağırlıq mərkəzi şərqi Ukraynanın üzərinə düşəcək.
 
Putinin gələcək planlarına gəldikdə isə, burada hər şey birabaşa Ukraynanın tab gətirməsindən aslı olacaq", - Marran sözlərinə yekun vurub.
 
Bundan əvvəl ukraynalı hərbi icmalçı Aleksey Arestoviç Putinin rusiyalılara 9 mayda öz qələbə versiyasını təqdim edəcəyini güman etdiyini söyləyib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az