Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziyası ləğv olunan "Evrobank” ASC-nin ləğvetmə prosesinə başlanılıb.
Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2015-ci il tarixli 2-1(81)-3855/2015 saylı qərarı ilə "Evrobank” ASC-nin müflis elan edilməsi və iflas proseduruna başlanılması barədə qərar qəbul edilib.
Məlumata əsasən, "Evrobank” ASC-yə ləğvedici qismində "Azerbaijan İnternational Consultinq Company” MMC-nin təyin edilməsi qərara alınıb.(ləğvedicinin hüquqi ünvanı: Bakı şəhəri, Mətbuat prospekti 18/7, 539-cu məhəllə. Tel: 012-539-47-22; 012-539-73-17).
Ləğvetmə prosesi "Evrobank” ASC-nin baş ofisində- Bakı şəhəri, Plotnikov küçəsi, 21 nömrəli ünvanda həyata keçirilir.
Qeyd edək ki, "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsinə müvafiq olaraq bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur.
Ləğv prosesində olan "Evrobank” ASC-nin ləğvedicisi "Azerbaijan İnternational Consultinq Company” MMC-dir.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin
10.07.2015-ci il tarixli 27 saylı qərarı ilə "Evrobank” ASC-nin bank
lisenziyası ləğv olunub.
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ