Tanınmış jurnalist Surxay SULTAN bu günlərdə Xocalı soyqırımı ilə bağlı qələmə aldığı şeirini Vətəninfo.az-a təqdim edim. Şeiri oxucularımızı təqdim edirik:
Fevral Xocalı ayı,
Bir şəhərin harayı.
Bu ay söz-söhbət ancaq,
Xocalıdan olacaq.
Yenə qara geyirik.
Bu dərdi, faciəni,
Dünya bilsin deyirik,
Dünya görsün deyirik.
Sanırıq kardı dünya,
Sanırıq kordu dünya.
Fəqət yoxdur illəti,
Bu dəhşəti, zilləti,
Anında gördü dünya.
Onda susur bəs nədən?
Çıxarmayır səs nədən?
Öz yolu var hər kəsin,
Yer üzünün nakəsin,
Namərdini tanıtma.
Sən dərdini tanıtma.
Əvvəl tanı özünü,
Sonra tanıt dünyaya,
Millət kimi özünü.
Gəl dünyanı qınama,
İrad tutma, bir dayan,
Hardan yoğrulub mayan?
Nədir türkün xisləti,
Nədir türkün niyyəti?
At köləlik daşını,
Oyat qan yaddaşını:
“Türk balası qurd olur,
Basdığı yer yurd olur.”
Düşün, daşın nədən de,
Doğulmur daha Mete?
Keçəl Həmzə doğulur,
Qoç Koroğlu doğulmur?
Namərd kimsə doğulur,
Giziroğlu doğulmur?
Yalıncıqlar doğulur,
Bamsı Beyrək doğulmur?
Səhl Sumbatlar doğulur,
Məzdək, Babək doğulmur?
“Milli yanlar” doğulur,
Cavad xanlar doğulmur?
Kökündən ayrı düşən,
Millət də millət olmur.
Vətən qələbə umur,
Torpaq qələbə umur.
Faciəni tanıtma,
O gecəni tanıtma.
Qələbəni sən tanıt.
Öz əzmini sən tanıt.
Qayıt, qayıt özünə,
Qayıt öz soy, kökünə.
Qoy dünya səni görsün,
Dünya əzmini görsün,
Alsın vecə, tanısın.
Əvvəl özünü tanı,
Özünü tanımayanı,
Dünya necə tanısın?!
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.