"Eyforiyaya qapılmamalıyıq" – "Rudar"ın baş məşqçisi
"Bakıda heç-heçə
etməklə çoxlarını təəccübləndirdik. "Qarabağ" kimi rəqiblə ilk görüşdə
0:0 bərabərə qalmaq əla nəticədir. Heç-heçəyə baxmayaraq, "Qarabağ" yenə
cütün favoritidir".
Qol.Az-ın
məlumatına görə, bu sözləri "Rudar"ın baş məşqçisi Mirko Mariç
Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları
"Qarabağ"la cavab oyunöncəsi keçiriləcək mətbuat konfransında deyib.
Təcrübəli
mütəxəssis komandasının ilk oyundan sonra eyforiyaya qapılmamalı
olduğunu bildirib: "İlk oyunda hesab açılmadığından bu görüşdə qol
vurmalıyıq. "Qarabağ"ın ardıcıl ikinci görüşdə də qol vurmayacağını
gözləmək çətindir. Biz oyun sistemimizi dəyişməyəcəyik. Ancaq rəqib
qapısı ağzında daha cəsarətli və dəqiq oynamalıyıq. Öz qapımızda təhlükə
yaranmaması üçün topu rəqibə verməməyə çalışacağıq.
Azərbaycan
çempionuna qarşı ağıllı və səbirli oynamalıyıq. Erkən qol buraxsaq,
işimiz çətinləşəcək. Çünki bundan sonra açıq futbol oynamağa məcbur
olacağıq. Üzərimizdə hər hansı təzyiq yoxdur. Üzərində təzyiq olacaq
yeganə komanda "Qarabağ"dır. Bununla belə, biz də eyforiyaya
qapılmamalıyıq".
Qeyd
edək ki, bu gün keçiriləcək "Rudar" - "Qarabağ" matçı Bakı vaxtı ilə
saat 23:45-də başlayacaq. Bu komandalar arasında Bakıda keçirilən ilk
oyunda hesab açılmayıb.
Vətəninfo.az