“Eyyub Yaqubovun Laçının işğal günündən xəbəri olmayıb” - AÇIQLAMA

“Eyyub Yaqubovun Laçının işğal günündən xəbəri olmayıb” - AÇIQLAMA
Xalq artisti Eyyub Yaqubovun Laçının işğal günü, yəni mayın 18-də İsveçdə konsert verməsi ciddi narazılıq doğurub. 

Müğənnin işğal günü konsert verməsilə yanaşı səhnədəki videokadrlarda erməni bayrağının əks olunduğu barədə də məlumat yayılıb. 
Cebhe.info məsələ ilə bağlı Eyyub Yaqubovla telefon əlaqəsi yaradıb. Xalq artistinin mobil telefonuna cavab verən, özünü E.Yaqubovun köməkçisi kimi təqdim edən xanım bildirib ki, müğənni erməni bayrağı altında konsert verməyib: 
"Əksinə, erməni bayrağı ayaqlar altında ifa edib. Onun Laçının işğal günündən xəbəri olmayıb. Bu haqda özü mayın 30-da Bakıya gələndə ictimaiyyətə məlumat verəcək”. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az