Qısqanclıq, şübhəsiz, insanoğlunun təbiətində olan bir duyğudur.
Qısqanclıq bir çox insanın həyatına təsir edən narahatedici duyğulardan biridir. Qısqanclıq həm sahib olduğunu itirmək qorxusundan, həm də başqalarının sahib olduğuna özünün də sahib olması istəyindən yaranır. Qısqanclıq 2 tip olur:
Birincisi, insan çox sevdiyindən o insanı qısqanır. İkincisi isə inamsızlıqdan yaranır.Bəzən gündəlik həyatın bir cilvəsi olaraq gəlib keçici şəkildə, bəzən də həyatı alt-üst edəcək şəkildə, bəzən yersiz yerə ortada heç bir səbəb yoxkən yaşanır. Qısqanclıq yaşayan kəslər qısqanclıqların yersiz olub-olmadığı araşdırmalı və öz-özlərini sorğu sual etməlidirlər. Qısqanclıq çox vaxt qısqanan adamın iç dünyasından qaynaqlanan səbəblərlə şişirdilmiş və təhrif edilmiş hisslərdən və fikirlərdən qaynaqlanmaqdadır.
Qısqanc insanlar ne etməlidirlər?
Qısqanclıq yaşayan kəslər ilk olaraq çalışmalıdırlar ki, əlaqələrini qorusunlar və davam etdirsinlər. Lakin qısqanclıq yaşayan bir çox adam əlaqəni qorumaq və inkişaf etdirmək yerinə gizli-gizli qisas alaraq, küsərək, əlaqəni kəsərək, ya da təhdid edərək, güc tətbiq edərək və kobud qüvvətə müraciət edərək məqsədinə çatmağa çalışır.
Qısqanclıq yaşayan kəslər daha sonra özünə inamlarını və özsaygılarını qorumalıdırlar. Qısqanclıq yaşayan kəslər yaşadıqlarını düşündükləri rəqabətdə yarışı itirəcəklərindən qorxaraq özlərini dəyərsiz, əhəmiyyət verilməyən, sayılmayan və sevilməyən bir insan kimi hiss edirlər.
Kimlər daha qısqancdır?
Kimlərin daha çox qısqanc olduğu köhnədən bəri diqqəti cəlb edən bir mövzudur. Ümumiyyətlə, baxıldığında özünü qeyri-kafi və dəyərsiz görən, ya da dəyərlilik duyğuları xarici təsirlərdən çox asan təsirlənən kəslərin daha qısqanc olduqları görülməkdədir.
Qadın və kişilərin yaşadıqları qısqanclıq duyğuları ilə baş etmə üsulları böyük fərqlidir. Qadınlar nisbilik daha konstruktiv bir yanaşma göstərməklə birlikdə, ümumiyyətlə, öz haqq və istəklərindən imtina edən və altdan alan bir yanaşma göstərməkdədirlər. Kişilər isə ümumiyyətlə təhdid və kobudluqla bunu biruzə verirlər.
Facebook və qısqanclıq
Son dövrlər bir çox sosial şəbəkələrə maraq daha da artıb. Bunlardan biri də Facebookdur. Facebook artıq insanların heyatının 1 parçasına çevrilib və burada istər sevdiyinin, istər dostlarının bərabər fikir və düşüncələrini paylaşdığı məkandır. Burada yazılan statuslar, şərhlər, paylaşmalar bəzən cütlüklər arasında problem yaradır. Sevgilisinə, həyat yoldaşına güvənməyən şəxs qısqanmağa başlayır. Qısqanclıq istər yazılar da, istərsə də paylaşımlar da özünü biruzə verir. Belə ki ,bəzən biri 1 fikir irəli sürdükdə onun yazısına gələn şərh və “like” əks cinsdə qısqanclıq yaradır. İstər dostlar ,istərsə də iş yoldaşları hər iki cinsin qısqanclığının əsas mənbələrindən sayılmaqdadır. Lakin problemi çıxmasını istəmirsinizsə, qarşı tərəflə ortaq qərara gəlin. Bu münasibətinizin pozulmasının qarşısını almaqla yanaşı, sevginizi artırar.
Könül İbrahim