Fazil Məmmədov 7 müşavirini işdən azad etdi

Fazil Məmmədov 7 müşavirini işdən azad etdi
Vergilər naziri Fazil Məmmədovun müşavirlərinin sayı 2 dəfə azaldılıb.
 
Report xəbər verir ki, müşavirlərin sayı 13-dən 6-ya endirilib.

Məlumata görə, müşavirlərin 7-si işdən azad olunaraq Nazirliyin müxtəlif struktur vahidlərində müavin vəzifəsinə təyin olunublar. Bu, Akif Musayev, Namiq Quliyev, Asəf Əsədov, Mahir Rəfiyev, Asif Cahangirov, Rəhim Əfəndiyev, Müsavər Nəbiyevdir.

Bundan başqa, F.Məmmədovun əmri ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Taryel Aydın oğlu Quliyev vergilər nazirinin müşaviri təyin edilib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az