Fazil Məmmədov infarkt keçirib? - Eks nazirdən açıqlama

Fazil Məmmədov infarkt keçirib? - Eks nazirdən açıqlama
Dünən bir sıra saytlarda sabiq vergilər naziri Fazil Məmmədovun infarkt keçirməsi və onun ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat yayılmışdı.

Miq.az  xəbər verir ki, bizimyolinfo.com saytı yayılan məlumatla bağlı keçmiş vergilər naziri ilə əlaqə saxlayıb. F. Məmmədov açıqlamasında məlumatın yalan olduğunu bidirib. "Bunlar əsassız, yalan, uydurma məlumatdır. Mən infarkt keçirməmişəm. Səhhətim normaldı. Belə məlumatlar hardan, kim tərəfindən ötürülür, bilmirəm. Bununla neçənci dəfədir haqqımda yalan informasiya yayılır, bəsdirin artıq”,- deyə Fazil Məmmədov bildirib.

Qeyd edək ki, yayılan xəbərlərdə bildirilirdi ki, sabiq nazirin qəfildən ürəyi tutub və o Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az