Mahir Aşurov: "Bu biabırçılığa son qoyulmalıdır!"
Vətəninfo.az xəbər verir tanınmış müstəqil jurnalis Mahir Aşurov son zamanlar Babək haqqında səsləndirilən fikirlərlə bağlı məqalə hazırlayıb.
Müstəqil yazarın məqaləsin olduğu kimi təqdim edirik.
Haylar Andronikə Fransada Heykəl qoyur, onunla fəxr edir markası-Azərbaycanlı matoru-məlum olmayanlar isə Şah İsmayıla, Babəkə böhtan atırlar,
Fazilin TÜRKƏ heç bir adiyyəti yoxdur və onun bundan əvvəl türk mənşəli şəxsləri hədəf seçərək böhtanlar söyləməsi hay xəstəliyidir. günah Fazil və onun kimilərdə deyil günah Azərbaycanın tarixi şəxslərini müzakirə adı altında ləkələməyə, böhtan atmağa şərait yaradan Telekanal rəhbərliyindədir. Görkəmli tarixçilər qalıb kənarda tarıxı şəxsiyyətlərin tarixi fəaliyyətlərini təhlil etmək cızmaqaraçılara həvalə olunur.
Ərəb tarıxçisi Əl-Bəlazurinin "KİTAB FÜTUH ƏL-BULDƏN" (Ölkələrin fəthi kitabı)-nda Azərbaycanın fəthi bölməsində yazır ki, ərəblər Azərbaycanı işğal etdikdən sonra münbit torpaqlara ərəb əhalisi köçürüldü. Yerli əhalinin mülkü, torpaqları ərəblərə verildi. Nəticədə bu yerlərin əhalisi ərəblər üçün "iş görən rəyyətə çevrıldı". Babək işğalçı ərəblərə qarşı-ərəblərin Azərbaycan torpaqlarında məskunlaşmasına qarşı vuruşub. Ərəbləri səhradan gətirib torpaqlarımızda yerləşdirirdilər yerli əhalini tədricən qula çevrirdilər.
Ərəblər xəlifə Ömərin zamanında (h.18/ 639) Azərbaycana ilk dəfə hücum edərək işğala başlayıblar. Xürrəmi hərakatı (h.192/808) də başladı. 816-cı ildə Babək əl Xürrəmi Bəzz qalasının hakimi Cavidan ibn Səhlin ardıcılları olan Cavidanilərlə birlikdə hərəkətə gəldi. Artıq Azərbaycanda 174 il idi ki, İslam yayılmışdı. Babək İslama qarşı deyil, işğalçılara qarşı vuruşurdu ki, yerli əhalinin torpaqlarını və hüquqlarını qorusun. Kitab oxumaq lazımdır.