Fəhmin Hacıyevdən Rəhim Qazıyevə: "Başından yekə danışma"

Fəhmin Hacıyevdən Rəhim Qazıyevə:


Daxili Qoşunların keçmiş komandanı Fəhmin Hacıyev şəxsi feysbuk profilində Rəhim Qazıyevə ağır ittihamlar səsləndirib:  Keçmiş Müdafiə Nazirini mlli hakimiyyəti devrilməkdə ittiham edən F.Hacıyev yazır: 

"Rəhim Qazıyevə bildirirəm ki, başından yekə danışma. Qurbanın televiziyasında yenə sarsaqlamısan və lap elə rus generalı kimi danışmısan. Heç təəcüblənmədim. Rusa güvənərək milli hakimiyyətin devrilməsinə drijorluq edəndən başqa nə gözləmək olar ki?!

İnsanlara məlumat üçün bildirirəm ki, Qubadlıya hərbi forma geyərək getmişəm. Çünki, Qubadlıya gedən yollarda rus əsgərləti postlar qurmuşdular və heç nə keçirmək mümkün olmurdu. Respublika Hərbi Komissarının müavini ilə məsləhətləşdik. O mənə forma verdi və lazımi sənəd verdi. Getdim Ağcəbədiyə, oradan 6 ədəd ov tüfəngi və sursat əldə etdim. Sonra gəldim Ağdama , rəhmərlik Eldar Bağırovla məsləhətləşdik. O da Ağdamın yol milisinə zəng etdi, bir kapitan gəldi. Eldar Bağırov mənə əlavə sursat verdi. QAİ maşını qabaqda gedərək mənim silah apardığım maşını Qubadlıya qədər müşaiyyət etdi və silahları Qubadlıda kulubda cəbhəçilərə təhvil verdim. Bundan sonra da, komendaturaya gedib rus zabitlərini həbs etmək istədim və buna nail olmuşdum. Həmən an komendaturaya zəng gəldi və ruslar mənim niyyətimi bilib məni həbs etdilər. Səhəri gün Qubadlı cəbhəsi mitinq etdi və mənim azadlığıma nail oldular. Bu gün də hesab edirəm ki, düz etmişəm.

Oradan Xanlara gəldim və bənzər əməliyyatla iki zirehli maşın, iki erməni, 23 ədəd rus silahları, rus zabit və əsgərlərini götürdük. İlham İsmayıl və Eldar Həsənovun sayəsində danışıqlar yolu ilə bütün silahlar və zirehli araclar bizə qaldı.

İndi qiyməti millət versin. Rusa güvənərək milli hakimiyyəti yıxmaq yaxşıdır, yaxud həyatını riskə atıb müdafiəni gücləndirməyə çalışmaq?"

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az