FİFA-da prezident seçkilərinin vaxtı məlum olub

FİFA-da prezident seçkilərinin vaxtı məlum olub

FİFA prezidentliyinə növbədənkənar seçkilərin tarixi məlum olub. Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, ali futbol qurumu dekabrın 16-da Sürixdə yeni prezidentini seçəcək.
Əslində, prezident seçkilərinin tarixi gələn ay açıqlanmalı idi. Lakin daha sonra məhz dekabrda konqresin yığılması və yeni prezidenti seçməsi qərara alınıb.
Qeyd edək ki, mayın 29-da baş tutan konqresdə 5-ci dəfə FİFA prezidenti seçilən Yozef Blatter iyunun 2-də gözlənilmədən istefa verdiyini açıqlamışdı. O, yeni prezidentin seçilməsi üçün növbədənkənar iclas keçirilməsini tələb etmişdi. Ali futbol qurumu isə seçki gününə qədər Blatterin vəzifəsində qalmasını qərara almışdı.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az