Filippində “Xaqupid” tayfunu qurbanlarının sayı 27 nəfərə çatıb. Ölkənin içərilərinə doğru irəliləyən tayfunun gücünün tədricən azaldığı bildirilir.
Vətəninfo.az xəbər verir ki, zərər çəkənlərin əksəriyyəti tayfunun zərbəsini ilk qəbul edən Samar adasının sakinləridir. Fəlakətin birinci günündə burada küləyin sürəti saatda 210 kilometrə çatırdı.
Paytaxta yağıntılar şəklində təsir edən tayfun elə bir ciddi problem yaratmayıb. Təxliyə edilən sakinlərin əksəriyyəti artıq öz evlərinə qayıtmağa başlayıb. Manilada həyat adi axarına düşmək üzrədir.
Bununla belə, həlak olanların sayının arta biləcəyi də istisna edilmir. Bəzi uzaq əyalətlərlə rabitə kəsildiyi üçün oradan hələlik dəqiq məlumat almaq mümkün olmayıb.
Tərcümədə “qamçı” mənasını verən “Xaqupid” tayfunu bu fəsildə Sakit okeanda yaranan sayca 22-ci tropik siklondur.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib