Flora Kərimova Zeynəb Xanlarovadan danışdı

Flora Kərimova Zeynəb Xanlarovadan danışdı
Xalq artisti Flora Kərimova həmkarı, "Şöhrət" ordenli xanəndə Zeynəb Xanlarovanın müdafiəsinə qalxıb. O, 88 yaşlı müğənninin ünvanına səslənən tənqidlərlə razılaşmadığını bildirib.

 

Pravda.az Yenisabah.az-a istinadla xəbər verir ki, Flora Kərimova bu barədə "Elgizlə izlə" verlişində danışıb.

 

Xalq artisti Zeynəb Xanlarovanın Azərbaycan mədəniyyətinin yorulmaz təbliğatçısı olduğunu bildirib: "Zeynəb Xanlarova təkcə Amerikada deyil, hətta Afrikada da Azərbaycanı təbliğ edib. İndi Zeynəb xanımın haqqında yüz fikir yazırlar. Güya, uşaq pulunun verilməsinə qarşı çıxıb, nəyəsə etiraz edib. Bunlar hamsı yalandır. Zeynəb Xanlarova həmişə xalqın sözünü deyib".

 

Verlişin aparıcısı Elgiz Əkbər də Flora Kərimovanın fikirlərini dəstəkləyib. O, Zeynəb Xanlarovanın müsiqi dühası olduğunu bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az