Fransa KİV “Bayraqdar”dan yazdı: səsdən sürətli PUA...

Fransa KİV “Bayraqdar”dan yazdı: səsdən sürətli PUA...
Türkiyə "Bayraqdar” PUA-ları ilə ciddi şəkildə gəlir əldə edir.

Axar.az xəbər verir ki, bu barədə Fransanın "Francetvinfo” saytı məlumat yayıb.

"Dünyada baş verən müharibələr türk PUA-larının nüfuzunu daha da artırır. Sözügedən PUA-lar Türkiyəni dünyanın bir çox bölgəsində əvəzolunmaz təchizatçı edir. Ukraynada müharibənin ilk günlərində "Bayraqdar TB2”lər Rusiyanın zirehli texnikalarına və ya helikopterlərinə qarşı özünü sübut etdi”, - məlumatda bildirilib.

Sayt eyni zamanda, "Qızıl alma” PUA-sına da toxunub:

"Baykar” şirkəti yeni PUA-lar istehsal etməkdə davam edir. İndi də səsdən sürətli döyüş PUA-sının istehsalına başlayıb. Bu PUA-lar Türkiyə üçün çox mühüm qazanc mənbəyi hesab edilir. Digər tərəfdən, "Bayraqdar TB2” PUA-sının ixracı Türkiyə iqtisadiyyatına təxminən 1 milyard dollar qazandırıb”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az