Fransa terrora dəstək verir - Ərdoğan

Fransa terrora dəstək verir - Ərdoğan
Fransa terrora dəstək verən əsas ölkədir.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Fransa şirkəti olan "La Farge” Suriyada terrorçular üçün mağaralar hazırlayır: "Amma bu, işə yaramadı. Suriyanın şimalında "La Farge”nin bütün mağaralarını dağıtdıq”.

Dövlət başçısı söyləyib ki, Türkiyəni istədikləri kimi idarə etməyə çalışan imperialist güclər var: "Həm daxili, həm də xarici təhdidlərlə mübarizə aparırıq. Koronavirus pandemiyası və Rusiya ilə Ukrayna arasında müharibə olmasa idi, imperialist güclər daha nələr edərdilər, Allah bilir. Ən böyük uğurumuz bütün çətinliklərə baxmayaraq, ölkəmizdəki demokratiyanı qorumaqdır”


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az