Fransada terror həyəcanı: 30 məktəb bağlandı

Fransada terror həyəcanı: 30 məktəb bağlandı
Fransanın şimal-şərqində terror təhlükəsi səbəbindən 30-a yaxın məktəb bağlanıb. Bəzi məktəblərdə şagirdlərin təxliyəsi də həyata keçirilib.

Axar.az xəbər verir ki, yerli media həyəcan siqnalının əsasən Aşağı Reyn və Yuxarı Reyn departamentlərində verildiyini bildirib.

Anonim mesajların birində cinayətkar olduğu iddia edilən şəxslər məktəbin hər yerində partlayıcıların yerləşdirildiyini və onu partlatmaq niyyətində olduqlarını bildiriblər.

Qeyd edilir ki, son bir həftə ərzində Fransada 150 məktəb belə xəbərdarlıqlar alıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az