"Futbolçulara mütləq mükafat veriləcək"

"Çox sevindirici haldır ki, komanda bu mərhələyə qədər gəlməyi bacardı. Bu, bizim üçün böyük uğurdu. Davamının gəlməsini arzulayırıq”.

Bunu "Qəbələ” klubunun prezidenti Tale Heydərov deyib.

Qeyd edək ki, avqustun 6-da UEFA Avropa Liqası III təsnifat mərhələsi cavab qarşılaşmasında "Qəbələ” öz meydanında Cənubi Kipr təmsilçisi "Apollon”u qəbul edib. Təmsilçimiz rəqibini məğlub edərək (1:0) pley-off mərhələsində oynamağa haqq qazanıb.

Klub prezidenti qeyd edib ki, bundan sonrakı mərhələni keçmək daha da çətin olacaq: " Ancaq məqsədimiz "pley-off”u da keçmək və qrupa düşməkdi. Oyunçular da əllərindən gələni edəcəklər ki, uğur qazansınlar”.

T.Heydərov növbəti mərhələyə qədər müəyyən transferləri də mümkün hesab edib: "Hazırda hücumameyilli bir futbolçunun keçidini həll etmək istəyirik. Bununla bağlı məşqçilərlə söhbət etmişik”.

Klub prezidenti qeyd edib ki, "pley-off” mərhələsindəki ev oyununun daha böyük stadionda keçirilməsi məsələsi də gündəmdədir: "Biz istənilən arenada oynamağa hazırıq. "Bakcell Arena”da da azarkeşlər gəlib bizi dəstəklədilər.Ümid edirəm ki, digər stadionlara da gələcəklər. Yeri gəlmişkən, bütün azarkeşlərimizə təşəkkür edirik, bizi tək qoymadılar. Hər zaman dəstəklərini hiss edirik”.

T.Heydərov futbolçulara mükafat veriləcəyini də deyib: "Futbolçuların bu uğuru mütləq mükafatlandırılacaq. Biz onları daha da həvəsləndirmək üçün bunu edirik. Amma keçən mərhələdən sonra mətbuatda bir rəqəm yazılmışdı, o çox şişirdilmiş rəqəm idi. Həqiqəti əks etdirmir” (apasport.az).



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az