Gəncədə ardıcıl partlayış səsləri eşidildi

Gəncədə ardıcıl partlayış səsləri eşidildi

Gəncədə yayılan partlayış səsi "Seyfəli” poliqonundan gəlib.

Bu barədə Axar.az-a Gəncə şəhər Baş Polis İdarəsinin sahə rəisi, polis mayoru Azər Əsədov deyib.

"Hazırda "Seyfəli” poliqonunda təlimlər gedir. Şəhərdə partlayış olması ilə bağlı yayılan xəbər şayiədir. Gəncədə və ətraf ərazilərdə eşidilən səslər poliqondan gəlir”, - polis mayoru deyib.

Qeyd edək ki, bu gün Gəncə şəhərində iki dəfə partlayış səsi eşidilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az