Gəncədə partlayış səsləri eşidilir – MN-dən açıqlama
Gəncə şəhərində partlayış səslərinin eşidilməsi haqda məlumat yayılıb.
Miq.az xəbər verir ki, partlayış daha çox mərmi atışlarının səsinə bənzəyir.
Məsələ ilə bağlı Müdafiə Nazirliyindən bildirilib ki, narahatlığa heç bir səbəb yoxdur:
"Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə Seyfəli poliqonunda utilizasiya olunur.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək”.