Gömrük Komitəsində 700 milyon manat kəsir aşkarlandı: Yoxlama başladı...

Gömrük Komitəsində 700 milyon manat kəsir aşkarlandı: Yoxlama başladı...

Hüquq mühafizə orqanları Vergilər Nazirliyi ilə birgə DGK-da yoxlamalar aparıb.

Miq.Az xəbər verir ki, Ovqat.com-un əldə etdiyi məlumata görə, yoxlamanın nəticələri hakimiyyətin yüksək pillələrində oturanları belə şoka salıb.

Məlumata görə, aparılan yoxlamalar  zamanı 700 milyon manatdan çox kəsir aşkarlanıb. Özgə vaxt "mənim fəaliyyətimdə korrupsiya faktı tapın, istefa verim” deyən DGK-nin sədri general Səfər Mehdiyev kəsirin hansı səbəbdən yarandığına aydınlıq gətirə bilməyib.

İddialara görə, kəsrin büdcəyə olan ödənişi əhatə etdiyi üzə çıxıb və onun hansı DGK rəhbərliyi tərəfindən mənimsənildiyi aşkar edilib. Əsas günahkarın indiki rəhbərlik olduğu müəyyənləşdirilib. Rəhbərliyə qısa zaman ərzində kəsirin ortadan qaldırılması tapşırığı verilib. Məlumata görə, DGK-də korrupsiya faktlarının araşdırılması hazırda da davam edir.

Miq.Az







İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az