Gömrük Komitəsinə “idmançılar ordusu” daha lazım deyil?

Gömrük Komitəsinə “idmançılar ordusu” daha lazım deyil?
Maliyyə böhranı ilə bağlı Dövlət Gömrük Komitəsində (DGK) çalışan işçilərə verilən qeyri-rəsmi maaşların ("paket"in) kəsilməsi barədə ölkə mətbuatında məlumat gedib.

Bu gün nuh.az-a məlumat verən tanınmış idmançı bildirib ki, gömrük sistemində xeyli sayda, təxminən 200 nəfərə yaxın  idmançı   "çalışırmış”. İdmançının  dediyinə görə, onlara rəsmi maaş və "paket” verilirmiş.

Onun verdiyi  məlumata görə, idmançıların "paket”i 2 aydır kəsilib. Ancaq  DGK sədri Aydın Əliyevin göstərişi ilə aprelin 1-dən idmançılara öz ərizələri ilə işdən çıxmaqla bağlı göstəriş verilib.

İdmançı onu da bildiirb ki, DGK onları "ordu” kimi saxlayırmış: "Artıq biz  DGK-ya lazım deyilik”. Aydın Əliyevin bu göstərişi idmançılar arasında ciddi narazılığa səbəb olub.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az