Güclü yağışdan sonra Bakının gecə — GÖRÜNTÜLƏRİ

Güclü yağışdan sonra Bakının gecə — GÖRÜNTÜLƏRİ
Axşam saatlarından etibarən paytaxt Bakıya yağmağa başlayan güclü yağış nəqliyyatın hərəkətində problemlər yaradıb.

Miq.az  Report-a istinadən xəbər verir ki, Bakının Yasamal rayonu ərazisindən keçən Şərifzadə küçəsinin "İnşaatçılar” metrostansiyası yaxınlığında bir neçə avtomobil xarab olaraq su basmış yolda qalıb.
Yeni Yasamal yaşayış massivində isə yolda qalan 39 saylı marşrut avtobus sərnişin və sürücülərin köməkliyi ilə sudan çıxarılıb.
Sözügedən ərazidə yol keçilməz vəziyyətə düşüb.
Bundan əlavə, paytaxtın Ziya Bünyadov prospektinin Nəsimi rayonu ərazisinə düşən hissəsində də yolu su basması nəticəsində avtomobillərin hərəkəti mümkünsüz hala gəlib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az